İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirir.
Olimpnews.az xəbər verir ki, “qırmızı şeytanlar” “Vulverhemton”da çıxış edən hücumçu Mateus Kunyanın transferini tamamlamaq üzrədir. Klub rəhbərliyi tezliklə transferi rəsmən açıqlayacaq.
Qeyd edək ki, bu transfer “Mançester Yunayted”ə 74.4 milyon avroya başa gələcək. “Manikunyanlar”ın bu məbləği hissə-hissə ödəyəcəyi qeyd edilir.
"Mançester Yunayted" tezliklə yeni trensferini açıqlayacaq
