"Barselona"nın futbolçusu Ansu Fati yeni mövsümdən etibarən "Monako" klubunda çıxış edəcək.
Olimpnews.az xəbər verir ki, insayder Fabrizio Romanonun sosial şəbəkə hesabında verdiyi məlumata görə 22 yaşlı ispaniyalı hücumçu "Knyazlıq klubu"nda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, bu mövsüm Fati "Barselona"nın heyətində 11 keçirib, lakin rəqib qapısına yol tapa bilməyib.