Xəbər verdiyimiz ki, "Liverpul"un Premyer Liqa çempionluğu paradında faciə baş verib. Olimpnews.az xəbər verir ki, doğma klublarının qələbəsini bayram edən azarkeşlərin üzərinə avtomobil sürülüb. Araşdırmalardan sonra məlum olub ki, hadisə nəticəsində dördü azyaşlı olmaqla 47 nəfər xəsarət alıb. 27 yaralı xəstəxanaya çatdırılıb, onlardan ikisinin vəziyyəti ağırdır. Bu qəzanı törədən şəxsin adı açıqlanmır. 53 yaşlı kişi hazırda hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Bildirilir ki, onun hərəkətlərinin motivləri terror aktı ilə bağlı deyil. Məlumat üçün qeyd edək ki, "Liverpul" 84 xalla 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.
Polis faciə ilə bağlı açıqlama yayıb
