Meksikanın "Monterrey" klubunda çıxış edən Serxio Ramos keçmiş komanda yoldaşı Kriştiano Ronaldonu okeanın o tayına cağırır. Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılacağı barədə xəbərlərdən sonra Ramos "Monterrey" rəhbərliyindən 40 yaşlı hücumçunu heyətə cəlb etmələrini xahiş edib. Kriştianu ilə Madrid "Real"ında oynayan ispaniyalı futbolçu onu klublararası dünya çempionatında heyətdə görmək istəyir. Ronaldonun özü də bu yarışda iştirak etmək arzusundadır.
Qeyd edək ki, Meksika klubu gələn ay ABŞ-da keçiriləcək çempionatda "River Pleyt", "İnter" və "Urava Red Daymonds"la eyni qrupda yarışacaq.