Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib

Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib

Bakıda Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclası keçirilib.
İclasda Dünya Minifutbol Federasiyasına üzv olan bütün ölkələrin nümayəndələri iştirak edib. İclası açıq elan edən Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda gündəlik barədə məlumat verib. O, Bakı şəhərində keçirilən minifutbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Mundialın gözlənildiyindən də yaxşı səviyyədə keçirilməsinə görə ölkə rəhbərliyinə və Azərbaycan Minifutbol Federasiyasına minnətdarlığını çatdıran təşkilat rəsmisi bundan sonra beynəlxalq yarışlara ev sahibliyi etmək istəyən ölkələrə Azərbaycanı nümunə kimi göstərəcəklərini ifadə edib.
Qeyd edək ki, Dünya Minifutbol Federasiyasının Baş Assambleyasının iclasında minifutbolla bağlı bir sıra mühüm məsələlərin müzakirəsi aparılaraq bu idman növünün inkişafı üçün vacib qərarlar qəbul edilib. Tədbirdə, həmçinin 2024-cü ilin yekunları, təşkilata yeni üzv ölkələrin qəbulu və minifutbolun gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.