Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı davam edir. Olimpnews.az xəbər verir ki, milli komandamız bu gün 1/8 final mərhələsi çərçivəsində son dünya çempionu Rumıniya kollektivi ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən oyun komandamızın qələbəsi ilə yekunlaşıb. Oyunun əsas vaxtında 1:1 hesabı qeydə alındığına görə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Penaltiləri daha dəqiq yerinə yetirən millimiz (2:1) 1/4 finala vəsiqə əldə edib.
Yarımfinala vəsiqə uğrunda görüşdə millimizin rəqibi İngiltərə yığması olacaq.
Qeyd edək ki, A qrupunda mübarizə aparan Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv daha Bəhreynlə heç-heçə edib (1:1), Sloveniya yığmasına (4:0) və Mavritaniya millisinə 2:0 hesabı ilə qalib gələrək qrup mərhələsini 7 xalla birinci pillədə başa vuraraq 1/8 finala yüksəlmişdi.
Minifutbol millimiz dünya çempionatının 1/ 4 finalına vəsiqə qazandı
