"Barselona" klubunun keçmiş hücumçuları Lionel Messi və Luis Suarez yeni klub yaradıblar.
Olimpnews.az xəbər verir ki, “Deportivo LSM” adlanan klub Uruqvayın dördüncü liqasında fəaliyyətə başlayacaq.
LSM-nin loqosu bu iki superulduzun şəxsi brendini birləşdirir. Belə ki, (L) Lionel - Luis, (S) Suarez, (M) Messi kimi ifadə edilir.
Qeyd edək ki, "köhnə dostlar" hazırda (MLS) liqasında çıxış edən "İnter Mayami" klubunda forma geyinirlər.