Azərbaycan gələn il xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək 

Azərbaycan gələn il xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək 

Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanladığı müraciət müsbət qarşılanıb.
Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 
Əldə olunan nəticəyə əsasən ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində  keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Avropa  çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Azərbaycan gələn il xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək