Münhen "Bayern"i yeni mövsüm üçün hazırlıqları davam etdirir. "Spor Bild"in yaydığı xəbərə görə, Bundesliqa çempioni yarımmüdafiə xəttini gücləndirmək üçün bir neçə namizəd tapıb. Həmin mövqe üçün münhenlilər Niko Uilyamsla danışıqlara başlayıb. Klubun mütəxəssisləri hesab edirlər ki, Bilbao "Atletiko"sunun 22 yaşlı futbolçusu Niko Uilyams Camal Musiala ilə uğurlu tandem təşkil edə bilər.