Bu mövsüm İngiltərə Premyer Liqasını 18-ci yerdə tamamlayaraq, çempionşipə yuvarlanan "Lester" dağılmaq təhlükəsi ilə üzləşib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, komandanın 11 futbolçusu heyəti tərk edib. Bildirilir ki, "tülkülər"in üç futbolçusu - hücumçu Ceymi Vardi, qapıçılar Daniel İversen və Denni Uordla müqavilələr yenilənməyib.
Bundan başqa Oliver Yuinq, Harvi-Qodsmark-Ford, Ben Qrist, Deniş Hill, Liam Makelhiney, Arjan Reyşi, Co Uormleyton və Bred Yanq da növbəti mövsüm klubda forma geyinməkdən imtina ediblər.
Premyer Liqa çempionu olmuş komanda dağılmaq üzrədir
