İtalyalı jurnalist və insayder Fabrizio Romanonun sosial şəbəkələrdə yazdığı növbəti xəbər Amsterdam "Ayaks" ilə bağlı olub. Xəbərdə qeyd edilir ki, Con Heytinqa Niderland klubunun yeni mövsümdə baş məşqçisi ola bilər. 41 yaşlı gənc mütəxəssis hazırda "Liverpul"da Arne Slotun məşqçilər korpusunda yer alıb.
Xatırladaq ki, başa çatan Eredivisie mövsümündə Amsterdam təmsilçisi Françesko Fariolinin başçılığı gümüş medallarla kifayətlənmişdi.
"Ayaks" gənc mütəxəssisə tapşırıla bilər
