Braziliyalı cinah müdafiəçisi Luis Enrike karyerasını A seriyasında davam etdirəcək.
Olimpnews.az xəbər verir ki, İtaliyanın “İnter” klubunun prezidenti Marotta ilə Fransanın “Marsel” komandasının prezidenti Pablo Lonqoria arasında danışıqlar müsbət yekunlaşıb. Tərəflər “sambaçı”nın İtaliya təmsilçisinə transferi üçün 25 milyon avro qarşılığında razılığa gəliblər.
Cinah müdafiəçisi ilə 2030-cu ilə qədər müqavilə imzalanacaq. 23 yaşlı müdafiəçi gələn ay start götürəcək Klublararası Dünya Çempionatında “Inter’in heyətində iştirak edə bilər.