İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO

İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO

 

Xəbər verdiyimiz kimi dünən "Çelsi" Konfrans Liqasının finalında İspaniyanın "Betis" komandasına qalib gəlib - 4:1.

Olimpnews.az xəbər verir ki, bu qələbədən sonra  cari mövsüm İngiltərə Premyer Liqası üçün uğurlu sayılıb. Belə ki, ilk dəfədir ki, beş fərqli Premyer Liqa klubu bir mövsümdə böyük kuboklara sahib olub. "Liverpul" Premyer Liqanın, "Kristal Pelas" FA, "Nyukasl" isə Liqa Kubokuna sahib olub. "Tottenhem" Avropa Liqasının, "Çelsi" isə Konfrans Liqasının əsasə mükafatına yiyələnib. Maraqlıdır ki, İngiltərə Futbol Federasiyası "Mançester Siti"nin qalib gəldiyi "FA Community Shield" turnirini əsas hesab etməyib.

Məlumat üçün bildirək ki, növbəti mövsüm İngiltərə Çempionlar Liqasında altı komanda ilə təmsil olunacaq. Qitənin ən nüfuzlu futbol turnirinə "Liverpul", "Arsenal", "Mançester Siti", "Çelsi", "Nyukasl" və "Tottenhem" vəsiqə əldə edib.

İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO İngiltərə klubları yaddaqalan mövsüm keçirdilər - FOTO