Sərbəst güləş üzrə U20 milli komandamız növbəti təlim-məşq toplanışına start verib.
Bu barədə Olimpnews.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Yığmamız mayın 28-dən iyunun 11-dək Qax Olimpiya İdman Kompleksində ümumi və xüsusi fiziki hazırlıq üzrə toplanış keçəcək.
30 iyun – 6 iyul tarixlərində İtaliyanın Kaorle şəhərində baş tutacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı 57 kq), Zamin Məmmədov, Bəşir Verdiyev (hər ikisi 61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə (hər ikisi 65 kq), İsmayıl Rəhimli, Nurlan Ağazadə (hər ikisi 70 kq), Omar Gülməmmədov, Fazil İsmayılzadə (hər ikisi 74 kq), Muradxan Omarov (79 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (hamısı 86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi 92 kq), Rəvan Musayev (97 kq), Yusif Dursunov və Muxamad Qantemirov (hər ikisi 125 kq) iştirak edir.