"İnter"in argentinalı hücumçusu Lautaro Martinez karyerasını La Liqada davam etdirə bilər.
Olimpnews.az “Todofichajes” portalına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Madrid “Atletiko”sunda sərfəli təklif alıb. Baş məşqçi Dieqo Simeone onu hücum xəttində həmyerlisi Xulyan Alvareslə əla anlaşacağını düşünür. Lautaronun transfer dəyəri isə 95 milyon avrodur və onun "neradzurri" ilə hazırkı müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi hesablanıb.
Qeyd edək ki, bu mövsüm argentinalı futbolçu A seriyasında 31 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.