"Milan" azarkeşləri ilə hesablaşır

"Milan" azarkeşləri ilə hesablaşır

"Milan" portuqaliyalı mütəxəssis Serxio Konseysao ilə tezliklə yollarını ayıracaq.

Olimpnews.az xəbər verir ki, klubun idman direktoru İqli Tare bildirib ki, onlar yeni mövsümdə klubun sükanını yenidən Massimiliano Alleqriyə tapşırmaq istəyirlər.

O qeyd edib ki, "Rossonerilər"in azarkeşləri də Alleqrinin qayıdışını müsbət qarşılayırlar. 

Qeyd edək ki, "Milan" 2011-ci ildə məhz Alleqrinin rəhbərliyi altında A seriyasının qalibi olmuşdu.