"Liverpul"un niderlandlı vingeri Kodi Qakpo yayda komandanı tərk etmək istəyir.
Olimpnews.az xəbər verir ki, jurnalist Florian Plettenberqin verdiyi məlumata görə, 26 yaşlı futbolçu Münhen "Bayern"indən əlavə adı açıqlanmayan iki klubun hədəfində yer alıb. Mersisaydlılar gələn təklifin yüksək olduğu təqdirdə Qakponu satmağa hazır olduğu iddia edilir.
Qeyd edək ki, Qakpo bu mövsüm iştirak etdiyi 49 matçda 18 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt portalında vingerin dəyəri 70 milyon avrodur.