Dünya çempionatı: Yarımfinalın daha bir iştirakçısı müəyyənləşdi 

Dünya çempionatı: Yarımfinalın daha bir iştirakçısı müəyyənləşdi 

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. 
Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Monteneqro ve Çexiya milliləri üz-üzə gəlib. Mərhələnin ilk oyununda olduğu kimi bu oyunun da taleyini bir qol həll edib. Qarşılaşmada 1:0 hesablı qələbə qazanan Monteneqro yığması yarımfinala vəsiqə qazanan ikinci komanda olub. Monteneqronun rəqibi İngiltərə və Azərbaycan komandaları arasında keçiriləcək 1/4 final oyunundan sonra müəyyənləşəcək. 
Xatırladaq ki, günün ilk oyununda Macarıstan yığması Mavritaniya seçməsinə minimal hesabla (1:0)  qalib gələrək yarımfinala vəsiqə əldə edib.