"Mançester Siti" fransalı hücumçu üçün rəsmi danışıqlara başlayır 

"Mançester Siti" fransalı hücumçu üçün rəsmi danışıqlara başlayır 

Fransanın "Lyon" komandasının futbolçusu Rayan Çerki karyerasını İngiltərədə davam etdirə bilər. 
Olimpnews.az xəbər verir ki, 22 yaşlı winqerlə "Mançester Siti" klubu yaxından maraqlanır. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da futbolçunun xidmətlərində maraqlıdır. İngiltərə təmsilçisi artıq fransalı  futbolçunun agenti ilə rəsmi danışıqlara başlayıb. Hücumçunun sərbəstqalma dəyərinin 22 milyon avro olduğu bildirilir.