Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ilk yarımfinal cütlüyünün adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, bu 1/4 final mərhələsinin üçüncü oyunundan sonra müəyyənləşib. Belə ki, Milli Gimnastika Arenasında keçirilən yarımfinala vəsiqə uğrunda görüşdə Azərbaycan millisi İngiltərə yığmasına minimal fərqlə qalib gəlib -2:1.
Elşad Quliyevin rəhbərlik etdiyi yığmamızın heyətində hesabı 14-cü dəqiqədə Təmkin Xəlilzadə açsa da, oyunun 35-ci dəqiqəsində Bham Mussa ingilislərin bərabərlik qolunu vurub. Qarşılaşmanın 48-ci dəqiqəsində isə britaniyalıların oyunçusu Fitsgerald Sem topu öz qapısına göndərib. Beləliklə, minifutbol millimiz adını yarımfinala yazdırıb. Komandamız finala vəsiqə uğrunda görüşdə Çexiyanı minimal fərqlə (1:0) mübarizədən kənarlaşdıran Monteneqro millisi olacaq.
Dünya çempionatı: Minifutbol millimiz yarımfinala vəsiqə qazandı
