"Real" dünyanın ən dəyərli klubudur 

"Real" dünyanın ən dəyərli klubudur 

Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb. 
Olimpnews.az xəbər verir ki, siyahıya İspaniyanın Madrid "Real"ı başçılıq edir. "Kral klubu"nun dəyəri 6.27 milyard avrodur. Siyahının ikinci və üçüncü pillələrində isə Mançester təmsilçiləri yer alıb. Dəyəri 5.10 milyard avro olan "şəhərlilər" ikinci, 5.05 milyard avro dəyərində olan "Mançester Yunayted" isə üçüncüdür. 
Onları siyahının dördüncü pilləsində qərarlaşan "Barselona" (4.45 milyard avro) və "Bayern Münhen" (4.28 milyard avro) izləyir. 
Tam siyahı belədir: 
"Real Madrid" (6.27 milyard avro)
"Mançester Siti" (5.10 milyard avro)
"Mançester Yunayed" (5.05 milyard avro)
"Barselona" (4.45 milyard avro) 
"Bayern Munhen" (4.28 milyard avro)
"Liverpul" (4.20 milyard avro)
"Arsenal" (4.01 milyard avro) 
PSJ (3.76 milyard avro)
"Tottenhem" (3.65 milyard avro)
"Çelsi" (3.01 milyard avro).