Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin ikinci cütlüyünün də adına aydınlıq gəlib.
Olimpnews.az xəbər verir ki, 1/4 finalın son oyununda Serbiya və Bosniya və Herseqovina komandaları üz-üzə gəlib. Balkan təmsilçilərinin mübarizəsində Serbiya millisi böyükhesablı (5:0) qələbə sayəsində adını yarımfinal yazdırıb. Finala vəsiqə uğrunda görüşdə Serbiyanın rəqibi Macarıstan yığması olacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda Azərbaycan və Monteneqro komandaları üz-üzə gələcək.
Yarımfinal mərhələsinin oyunlarına sabah start veriləcək.
Dünya çempionatında ikinci yarımfinal cütlüyü də müəyyənləşdi
jpeg-1748546182.jpeg)