Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün çempionat çərçivəsində yarımfinal oyunları təşkil olunacaq. Finala vəsiqə uğrunda ilk oyunda Azərbaycan və Monteneqro milliləri üz-üzə gələcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda İngiltərə yığmasına minimal hesabla (2:1), Monteneqro isə Çexiyadan üstün olub – 1:0.
Günün digər yarımfinal oyununda isə Macarıstan və Serbiya kollektivləri münasibətlərinə aydınlıq gətirəcək. İkinci finalçının adına aydınlıq gələcək oyuna saat 21:30-da start veriləcək.
Qeyd edək ki, Macarıstan yığması 1/4 finalda Mavritaniyaya 1:0, Serbiya isə Bosniya və Herseqovinaya böyükhesabla qalib gəlib -5:0.
Dünya çempionatının final oyunu iyunun 1-də keçiriləcək.
Minifutbol millimiz bu gün dünya çempionatının yarımfinal oyununa çıxacaq
jpeg-1748539361jpeg-1748593222.jpeg)