Di Mariya yenidən vətəninə qayıdır 

Di Mariya yenidən vətəninə qayıdır 

Argentinalı futbolçu Anxel Di Mariya karyerasını vətənində davam etdirəcək. 
Olimpnews.az xəbər verir ki, 37 yaşlı vinger azad agent kimi ilk komandası olan Argentinanın “Rosario Sentral” klubunda çıxış edəcək. “Rosario Sentral” məşhur futbolçunun qayıdışını öz sosial şəbəkə hesablarında elan edərək bu sözləri yazıb: “Birgə hekayəmizi yazmaq üçün daha çox səhifə var. Evinə xoş gəlmisən”, - deyə klub X-də paylaşım edib. 
Qeyd edək ki, Di Mariya futbolçu karyerasına 2005-ci ildə "Rosario Sentral"da başlayıb. Məşhur futbolçu Avropa karyerasında isə Madridin "Real", "Mançester Yunayted", PSJ, "Yuventus" və "Benfika" klublarında 700-dən çox oyun keçirib.