Futbol üzrə Azərbaycan Kubokunda 2024/2025-ci illər mövsümünün final oyununun təyinatları açıqlanıb.
Olimpnews.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” və “Sabah” komandaları arasında keçiriləcək qarşılaşma İnqilab Məmmədova həvalə olunub.
Ona Namiq Hüseynov, Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.
Qarşılaşmanın VAR hakimi Nicat İsmayıllı, AVAR isə Fərid Hacıyev olacaq.
Mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da başlayacaq.