"İnter"in braziliyalı keçmiş hücumçusu Ronaldo UEFA Çempionlar Liqasının finalı barədə maraqlı fikirlər bölüşüb.
"Mənim proqnozum budur ki, "İnter" qalib gələcək. Bu, bir azarkeş kimi mənim fikrimdir. Onlara qarşı rəğbətimi gizlədə bilmirəm. "İnter" Çempionlar Liqasını yenidən qazansa, gözəl olar", - deyə Fcinter1908.it Ronaldonun sözlərindən sitat gətirib.
Qeyd edək ki, UEFA Çempionlar Liqası finalı sabah saat 23:00-da Münhendə - "Alyans Arena"da keçiriləcək.