"Canavarlar"la yeni müqavilə imzalanacaq 

"Canavarlar"la yeni müqavilə imzalanacaq 

İtaliyanın "Roma" klubu Stefan El Şaaravi yeni müqavilə imzalayacaq. Jurnalist Nikolo Şiranın sözlərinə görə, tərəflər müqavilənin 2026-cı ilin yayına kimi uzadılması ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, El Şaaravi ötən mövsüm "canavarlar"ın heyətində 41 matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya millisinin üzvü 2021-ci ildən klubun heyətində çıxış edir.