"Liverpul"un hücumçusu Məhəmməd Salah gələcək karyerası barədə suallara aydınlıq gətirib."İstədiyim vaxt futbolu tərk edə bilərəm. Düşünürəm ki, 39-40 yaşıma kimi bu mümkün olacaq. "Liverpul"la müqaviləm bitmişdi. Hamı Səudiyyə Ərəbistanına gedəcəyimi düşünürdü. Lakin doğma klubumda çox xoşbəxtəm. "Liverpul"la hələ çox nailiyyətlər qazanmaq əzmindəyəm”, - deyə ON Sports misirli futbolçudan sitat gətirib.
Salah futbolu tərk edəcəyi tarixi açıqladı
