Hazırda dünyanın bir nömrəli tennisçisi olan italiyalı Yannik Sinner UEFA Çempionlar Liqasının finalı ilə bağlı fikirlərini bildirib. "Dostum Gigio. Məni niyə bu vəziyyətə salırsan? Axı biz səninlə uzun müddətdir ki, dostuq. Kimi dəstəkləyəcəyəm? Heç nə demək istəmirəm. Sussam yaxışıdır. Mən “Milan” azarkeşiyəm. Amma bir italiyalı kimi ölkə təmsilçisinin qalib gəlməsi pis olmazdı. Amma Gigio qalib gəlsə, mən də xoşbəxt olacağam. Ümid edirəm ki, bu, əla matç olacaq”, - deyə RMC Sport Sinnerin sözlərindən sitat gətirib.
Ulduz tennisçi iki seçim qarşısında qalıb
