Madridin “Real” klubu Trent Aleksandr Arnold transferini ictimaiyyətə açıqlayıb.
Olimpnews.az xəbər verir ki, “Kral klubu” iyunun 1-də 26 yaşlı müdafiəçi ilə 6 illik rəsmi müqavilə imzalayacaq.
Futbolçunun "Liverpul"la müqaviləsi iyunun 30-da başa çatacaq və həmin tarixdən etibarən azad agent kimi İspaniya təmsilçisinin düşərgəsinə yollanacaqdı. Lakin "Real Madrid" klubu futbolçunun daha erkən, yəni Klublararası Dünya Çempionatına qədər komandaya qoşulmaq üçün "mersisaydlılar"a 10 milyon ödəyib.
Beləliklə, Aleksandr Arnold Klublararası Dünya Çempionatında Madrid təmsilçisinin heyətində çıxış edəcək.
"Real" Arnoldun transferini ictimaiyyətə açıqladı
