Minifutbol üzrə millimiz dünya çempionatının finalında 

Minifutbol üzrə millimiz dünya çempionatının finalında 

Milli Gimnastika Arenasında keçirilən minifutbol üzrə dünya çempionatının yarımfinal görüşləri keçirilir. 
Olimpnews.az xəbər verir ki, günün ilk yarımfinal oyununda Azərbaycan və Monteneqro milliləri üz-üzə gəlib. Oyun komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada hesabı 23-cü dəqiqədə Ağaseyid Qasımov açıb. Lakin oyunun 30-cu dəqiqəsində rəqib komanda Nikola Radoniçin qolu ilə hesabı bərabərləşdirib. Oyunun 44-cü dəqiqəsində isə Ramiz Çovdarov dəqiq zərbə ilə fərqlənərək komandamıza qələbə qazandırıb. Millimiz bu qələbə sayəsində finala vəsiqə qazanıb. Yığmamızın finaldakı rəqibi Serbiya - Macarıstan cütünün qalibi olacaq. 
Qeyd edək ki, final oyunu oyunun 1-də təşkil olunacaq.