Ronaldo qərarını verdi 

Ronaldo qərarını verdi 

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo gələcək karyerası ilə bağlı  qərarını verib. 
Olimpnews.az "Foto mercato"ya istinadən xəbər verir ki, 40 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda davam etdirəcək. Mövsümün sonunda komandadan ayrılacağı iddiaları ilə gündəmə gələn futbolçu klub rəhbərliyi ilə görüşdən sonra ortaq məxrəcə gələ bilib. 
Qeyd edək ki, "Əl-Nəsr"də başa çatan mövsümdə 41 maçda meydana çıxan Ronaldo 35 qol vurub və 4 qol ötürməsi ilə yadda qalıb.