Bakıdakı dünya çempionatının finalçıları müəyyənləşdi 

Bakıdakı dünya çempionatının finalçıları müəyyənləşdi 

Milli Gimnastika Arenasında keçirilən  minifutbol üzrə dünya çempionatında növbəti finalçının adına aydınlıq gəlib. Olimpnews.az xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda Serbiya və Macarıstan kollektivləri qarşılaşıb. 
Finala vəsiqə uğrunda həlledici oyununun əsas hissəsində tərəflərdən heç biri fərqlənə bilmədiyindən qalibin adına penalti zərbələrindən sonra aydınlıq gəlib. Penaltilər seriyasında rəqibinə 3:1 hesabı ilə qalib gələn Macarıstan seçməsi iyunun 1-də keçiriləcək final oyununda millimizə rəqib olub.