"Roma"nın yeni baş məşqçisi müəyyənləşdi 

"Roma"nın yeni baş məşqçisi müəyyənləşdi 

İtaliyanın "Roma" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 
Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisinin sükanı Can Pyero Qasperiniyq həvalə olunacaq. 
62 yaşlı çalışdırıcı ilə üç illik müqavilə imzalanacaq. 
Qeyd edək ki, təcrübəli mütəxəssis daha əvvəl İtaliyanın digər təmsilçisi olan "Atalanta" klubunun baş məşqçisi kimi çalışırdı. O, ötən il "Atalanta" klubu ilə UEFA Avropa Liqasının qalibi olub.