Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024-2025-ci illər mövsümünün qalibi müəyyənləşəcək. Olimpnews.az xəbər verir ki, Münhendəki "Alinas Arena" stadionunda keçiriləcək oyunda Fransanın PSJ və İtaliyanın "İnter" komandaları üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyunu rumıniyalı FİFA referisi İstvan Kovaç idarə edəcək.
Qeyd edək ki, bu oyun hər iki klubun rəsmi oyunlarda ilk qarşıdurması kimi yadda qalacaq. Buna qədər PSJ və "İnter" heç bir rəsmi oyunda üz-üzə gəlməyib.
Onu da əlavə edək ki, İtaliya təmsilçisi bu günə qədər üç dəfə (1963/1964, 1964/1965 və 2009/2010) Çempionlar Liqasının kubokunu muzeyinə aparıb. "İnter" sonuncu dəfə 2023-cü ildə kuboku qazanmağa yaxın olsa da, həlledici oyunda "Mançester Siti"yə 1:0 hesabı ilə məğlub olub. Onlardan fərqli olaraq, PSJ ikinci dəfədir ki, final həyəcanı yaşayacaq. Parislilər sonuncu dəfə 2019-2020-ci illər mövsümündə Almaniya nəhəngi "Bayern Münhen"ə məğlub olub -1:0.
Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək
