Cüdoçu qızlarımız Avropa Kubokunda mübarizəyə başlayır 

Cüdoçu qızlarımız Avropa Kubokunda mübarizəyə başlayır 

Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirinə start veriləcək. 
Olimpnews.az xəbər verir ki, yarışda ölkəmiz 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. 
Yarışın ilk günündə komandamızın dörd üzvü mübarizəyə başlayacaq. Təmsilçilərimizdən Nərgiz Hacıyeva (-63 kq), Günel Həsənli, Aytac Qardaşxanlı (hər ikisi -70 kq) və Nərmin Əmirli (-78 kq) tatami üzərinə çıxacaq. 
Qeyd edək ki, yarışa 30 ölkədən 306 idmançı (205 kişi, 101 qadın) cüdoçu qüvvəsini sınayacaq. Turnirə iyunun 1-də yekun vurulacaq.