İnyesta: "Bizi möhtəşəm bir final gözləyir"

İnyesta: "Bizi möhtəşəm bir final gözləyir"

"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta UEFA Çempionlar Liqasının PSJ və "İnter" arasında keçiriləcək final oyunu ilə bağlı fikirlərini bildirib. O, həmçinin Kataloniya klubunda birlikdə çalışdığı parislilərin baş məşqçisi Luis Enrike haqda danışıb.

"Enrike çox sevdiyim məşqçidir. Onun komanda ilə idarəetmə və ünsiyyət tərzini bəyənirəm. Bizi möhtəşəm bir final gözləyir. “İnter” barədə də yüksək fikirdəyəm. Qitənin ən yaxşıları arasında finala yüksəlmək asan məsələ deyil. Oyun ən layiqli oyun nümayiş etdirən komandanın qələbəsi ilə başa çatacaq", - Marca İnyestanın sözlərini sitat gətirib.