Xəbər verdiyimiz kimi, iyunun 15-dən iyulun 13-dək ABŞ-da futbol üzrə klublararası dünya çempionatı keçiriləcək. Madrid "Real"ının rəhbərliyi komandanı ruhlandırmaq üçün yüksək pul mükafatı təsis edib. Belə ki, İspaniya nəhəngi çempionatın qalibi olduğu təqdirdə heyətin hər bir futbolçusu 1 milyon avro qazanacaq. Məlumatı AS nəşri yayıb.
"Real"ı çempion edən futbolçular yüksək mükafat alacaq
