Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2024-2025-ci illər mövsümünün qalibinin adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, həlledici oyunda "Qarabağ" və "Sabah" komandaları qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq oyuna saat 19:00-da start veriləcək. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, Ağdam təmsilçisi 8 dəfə ölkə kubokunun qalibi olub. "Qarabağ"dan fərqli olaraq "Sabah" Azərbaycan Kubokunda çempionluq sevinci yaşaya bilməyib.
Bu, eyni zamanda “Qarabağ”la “Sabah” arasında 30-cu duel kimi də yadda qalacaq. Əvvəlki 29 oyundan 27-si çempionat, 2-si kubok çərçivəsində təşkil olunub.
Ağdam klubu 16, Bakı təmsilçisi 3 qələbə qazanmağa müvəffəq olub. 10 matçda qalib müəyyənləşməyib. “Qarabağ” bu oyunlarda 60, “Sabah” isə 29 qol vurub.
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
