İnzaqi: "Uşaqlıqdan bu günü arzulamışam"

İnzaqi: "Uşaqlıqdan bu günü arzulamışam"

"İnter"in baş məşqçisi Simone İnzagi İtaliya klubu ilə bağlı gələcək planlarından danışıb.

"Burada özümü çox yaxşı hiss edirəm. Rəhbərliklə bir neçə görüş keçirmişəm. Gələcəklə bağlı hələ bir kəlmə deyə bilmərəm. Beynimdə yalnız çempionluq barədə fikirlər yer alıb. Uşaqlıqdan bu günü arzulamışam. Futbolçu kimi bacarmadım, amma məşqçi kimi həmin anları yaşayıram. Bu kuboku qazanıb, sonra qərar verəcəyəm", - Gazzetta dello Sport İnzaqinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, 49 yaşlı mütəxəssisin “neradzurri” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. İnzaqinin Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar apardığı vurğulanır.