Cüdo üzrə milli komandamızın üzvü Nərmin Əmirli Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kubokunda bürünc medal qazanıb.
Olimpnews.az xəbər verir ki, millimizin üzvü bu uğura -78 kq çəki dərəcəsində nail olub.
Yarışın ilk günündə Azərbaycan millisinin daha üç üzvü tatami üzərinə çıxıb. Lakin təmsilçilərimizdən Nərgiz Hacıyeva (-63 kq), Günel Həsənli və Aytac Qardaşxanlı (hər ikisi -70 kq) çıxışını medalsız başa vurub.
Qeyd edək ki, 30 ölkədən 306 (205 oğlan, 101 qız) cüdoçunun iştirak etdiyi yarışa iyunun 1-də yekun vurulacaq. Turnirin sonuncu günündə komandamızın daha dörd cudoçusu mübarizə aparacaq.
Qadın cüdoçumuz Avropa Kubokunda üçüncü oldu
