Türkiyənin "Fənərbağça" klubu Super Liqanın son oyununu qələbə ilə başa vurub.
Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi cari mövsümün sonuncu oyununda "Konyaspor" klubunu 2:1 hesabı ilə məğlub edib.
"Sarı-lacivərdlilər"ə qələbə gətirən qolları 75-ci dəqiqədə İrfan Can Kahveci və 82-ci dəqiqədə Youssef En-Nesyri vurub. "Konyaspor"un yeganə qolunu isə 4-cü dəqiqədə Melih Bostan vurub.
Beləliklə, "Fənərbağça" qələbə sayəsində xallarının sayını 84-ə çatdıraraq mövsümü ikinci pillədə başa vurub. "Konyaspor" isə 46 xalla 11-ci pillədə qərarlaşıb.
"Fənərbağca" mövsümə qələbə ilə yekun vurdu
