Lənkəranda sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir keçirilib

Lənkəranda sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir keçirilib

Lənkəranda şəhər internat tipli xüsusi ümumtəhsil məktəbində Sağlamlıq imkanları məhdud uşaqlar üçün “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə əyləncəli idman tədbiri keçirilib.
Olimpnews.az xəbər verir ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin kollektivinin, Lənkəran şəhər Uşaq-Gənclər və İdman məktəbinin müəllimlərinin iştirak etdiyi tədbirdə balacalar üçün müxtəlif əyləncəli idman oyunları təşkil edildi. Bütün oyunlar uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanıb.