PSJ-nin gürcü futbolçusuna ölkəsində orden təqdim olunacaq 

PSJ-nin gürcü futbolçusuna ölkəsində orden təqdim olunacaq 

PSJ-nin heyətində UEFA Çempionlar Liqasının qalibi olan gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya ölkəsində "Müqəddəs Georgi" ordeni ilə təltif olunacaq.

Olimpnews.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib. “Bu bizdə illərdən bəri ənənə halını alıb. İdmançılarımız beynəlxalq yarışılarda uğur qazanarkən onlara yüksək dövlət mükafatları təqdim edirik. Çempionlar Liqası kimi nüfuzlu futbol yarışında qalib olmaq böyük nailiyyətdir. Xviça isə bu nailiyyətı qazanıb. Bildiyiniz kimi o, ötən il Gürcüstan millisi ilə əldə etdiyi uğura görə “Şərəf” ordeni ilə təltif olunmuşdu. İndi Çempionlar Liqasının qalibi olduğu üçün ona “Müqəddəs Georgi” adına “Qələbə” ordeni təqdim edəcəyik", - deyə TASS Kobaxidzedən sitat gətirib.

Nazir çıxış zamanı Kvaratsxeliyanın uğurunu bütün Gürcüstanın qələbəsi kimi adlandırıb. Baş nazir Xviçadan başqa əvvələr bu mükafat Tbilisi  meri, keçmiş futbolçu Kaxa Kaladzeyə (2003 və 2007-ci illərdə "Milan"la Çempionlar Liqasının qalibi) və NBA-da "Golden State"nin heyətinin üzvü Zaza Paçuliyaya (2018-ci ildə NBA çempionu) da təqdim olunacaq. 

PSJ-nin gürcü futbolçusuna ölkəsində orden təqdim olunacaq