Ərəblərin böyük təklifindən imtina etdi 

Ərəblərin böyük təklifindən imtina etdi 

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes "Əl Hilal"dan gələn böyük təkliflə razılaşmayıb. Olimpnews.az Daily Mail-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun maaşını 4 dəfə artırmağa və onun üçün 100 milyon funt-sterlinq ödəməyə hazır idi. Lakin Fernandes Avropada qalmaq variantını seçib.

Qeyd edək ki, o, bu mövsüm 57 oyunda 19 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.