PSJ ilə UEFA Çempionlar Liqasının qalibi olan italiyalı qapıçı Canluici Donnarumma qitənin bir neçə klubundan təklif alıb.
Olimpnews.az insayder Josue Kassenin sözlərinə istinadən xəbər verir ki, Madrid "Real"ı, "Bavariya", "Mançester Yunayted" və "Mançester Siti" klubları qapıçı ilə müqavilə imzalaya bilər. Qeyd olunan klubların hər biri Donnarummanın Paris klubunun rəhbərliyi ilə yeni müqavilə ilə bağlı danışıqlarını diqqətdə saxlayır.
Qeyd edək ki, 26 yaşlı italiyalı qapıçının hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Onun transfer dəyəri 35 milyon avro məbləğində qiymətləndirilir.