Londonun "Çelsi" klubu "Milan"la danışıqlara başlayıb. “Zadəganlar” Fransa millisinin 29 yaşlı qapıçısı Mik Menyanın transferi üçün "rossonerilər"dən razılıq əldə etmək istəyirlər. Məlumatı jurnalist Fabrizio Romano X sosial şəbəkəsində paylaşıb.
Qeyd edək ki, fransalı qapıçının "Milan"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. Transfermarkt portalında Menyanın transfer qiyməti 25 milyon avrodur.