"Real" argentinalı futbolçu üçün PSJ ilə rəqabətə girdi

"Real" argentinalı futbolçu üçün PSJ ilə rəqabətə girdi

İspaniyanın “Real” klubu heyətini hücumameyilli yarımmüdafiəçi Franko Mastantuono ilə gücləndirməyi planlaşdırır. 
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi 17 yaşlı futbolçu üçün yenidən danışıqlara başlayıb. Argentinalı futbolçu bu yaxınlarda Çempionlar Liqasının qalibi olan Fransanın PSJ klubunun da diqqət mərkəzindədir. Parislilər futbolçunun transferinə yaxın olsa da "Kral klubu" argentinalı yarımmüdafiəçi üçün danışıqlarda irəliləyişlər əldə edib.