Modriçin yeni klubu müəyyənləşdi 

Modriçin yeni klubu müəyyənləşdi 

Cari mövsümün sonunda Madrid “Real”ından ayrılan Luka Modriç karyerasını İtaliya A Seriyasında davam etdirəcək. 
Olimpnews.az xəbər verir ki, “Milan” klubu 39 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib. Xorvatiyalı futbolçu ilə bir mövsümlük müqavilə bağlanacaq. 
Qeyd edək ki, UEFA Çempionlar Liqasında altı titul qazanan Modriç, həmçinin, dörd La Liqa və iki Kral Kuboku da daxil olmaqla “Real”ın heyətində 28 kubokla klub tarixinin ən titullu futbolçularından biridir.