"İnter" A Seriyası və Çempionlar Liqasından kənarlaşdırıla bilər

"İnter" A Seriyası və Çempionlar Liqasından kənarlaşdırıla bilər

Ötən həftə Çempionlar Liqasının finalında PSJ-yə böyük hesabla (0:5) uduzan "İnter"in "qara günlər"i davam edir. 
Olimpnews.az Offsideplus.az-istinadən xəbər verir ki, Milan klubu İtaliya A Seriyasından diskvalifikasiya oluna bilər. Buna səbəb klubun maliyyə ilə bağlı qayda pozuntularına yol verməkdə ittiham edilməsidir.  
Belə ki, 2016-2019-cu illərdə Asiyanın saxta hesablarından klubun büdcəsinə 300 milyon avro daxil olub. Əgər bu, təsdiqlənərsə, "İnter" Çempionlar Liqasından xaric ediləcək və B seriyasına göndəriləcək.